1 Noyabr 2024 |
||
Baş səhifə | Qanunvericilik | Sahibkarlığa dəstək | Kataloqlar | Statistika | Kitabxana | Muhit indeksləri | Sorğular | TV müzakirələr | Faydalı linklər |
Hər hansı bir biznesin uğurlu başlanğıcı üçün kifayət qədər maliyyə tapmaq son dərəcə əhəmiyyətlidir, axı ala-yarımçıq maliyyələşdirmə müflisliyin əsas səbəbidir. Çox tez-tez rast gəlinən haldır ki, sahibkarlar işə başlamaq və ilk gəlirlərin əldə edilməsinədək onu inkişaf etdirmək üçün onlara nə qədər pul lazım olacağını düzgün hesablamırlar. Hərçənd lazımi məbləği toplamaq arzusu çox böyük olsa da götür-qoy etmədən kömək üçün dərhal kapital sahiblərinə riskli müraciət etmək təcrübədə həmişə mümkün olmur, bu heç lazım da deyil və məqsədəuyğun sayılmır. Bununla belə, hələ ki, biznesə çəkilən xərclər geri qayıtmağa başlamayıb və ya siz daha böyük ölçüdə investisiya cəlb edə bilmirsiz yenə də başlanğıc mərhələ üçün sizə pul lazımdır. Xatırladaq ki, inkişafın erkən mərhələlərində biznesə qoyulan vəsait kiçik ola bilər. Başqa sözlə, sizə milyonları əlinizdə toplamaq və ya kimdənsə istəmək lazım deyil. Maliyyələşdirmə üsulunu seçməzdən əvvəl bir çox məsələləri ətraflı götür-qoy etmək lazımdır. Məsələn, sizin əlavə gəlir mənbəyiniz varmı? Uğursuzluq baş verərsə geri çəkilmə planı necə olacaq? Maliyyələşdirmənin hansı üsulu seçilməlidir? Bu gələcək investorlar tərəfindən sizin biznesinizin qiymətləndirilməsinə necə təsir edəcək? Maliyyələşdirmə yolları haqqında suala birmənalı cavab yoxdur, müxtəlif şirkətlər məsələnin bu və ya digər həlli yolunu seçib çox böyük və ya kiçik uğura nail ola bilərlər. Gəlin baxaq görək bəs ümumiyyətlə maliyyələşdirmənin hansı yolları mümkündür? ------------------------------------------------------------------------------------------------------------------------------------- Bankdan və bank olmayan kredit təşkilatindan borc (kredit) almaq imkanları
Biznes fəaliyyətin maliyyələşdirilməsi üçün mümkün mənbələr:
|
|||||
1 ... 6 7 8 ... 12 |